DÇ-2022: Bu gün dünya çempionatının FİNALIDIR

09:00 18.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qətərdə keçirilən dünya çempionatı bu gün final oyunu ilə başa çatacaq.

 

Hafta.az-ın məlumatına görə, DÇ-2022-nin həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.

 

“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

 

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.

 

DÇ-2022

 

Final

 

18 dekabr

 

19:00. Argentina - Fransa

 

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

“Lusail” stadionu